Türkiyə Ordusunda UNİKAL SİSTEM Düşmən GÖZ AÇA BİLMƏYƏCƏK FOTO


Digərləri 09 İyl 2018 22:15:00 363 0

Türkiyə Ordusunda UNİKAL SİSTEM  Düşmən GÖZ AÇA BİLMƏYƏCƏK  FOTO

Radio tezlikləri, radar texnologiyaları, elektronik hərb və simulyasiya sahələrində yeniliklər etməyə çalışan Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət şirkəti bu sahədə yeni məhsulunu Divar Arası Radar (DAR) sistemi ilə ortaya qoyub.

Son.az xəbər verir ki, şirkət xaricdə təhlükəsizlik qüvvələrinin əməliyyat və əsir qurtarma işlərində tez-tez istifadə edilən və divar arxasında canlı olub-olmadığı ilə bağlı məlumat ötürən cihazı yerli imkanlar hesabına istehsal edib və istifadəyə verib.

Bununla qane olmayan şirkət məhsulda dəyişikliklər edərək cihazın ölçülərini kiçildib və çəkisini azaldıb. Texniki dizaynı dəyişərək cihazın yüngülləşməsinə ciddi şəkildə önəm verib.


Xəbərə aid fotolar