Enerji fasiləsi və Elmar Vəliyevə suiqəsdlə bağlı sosial şəbəkələrdə qanunsuz çağırışlar etdiyinə görə bir qrup şəxs cəzalandırıldı SİYAHI


Kriminal 09 İyl 2018 19:58:00 298 0

Enerji fasiləsi və Elmar Vəliyevə suiqəsdlə bağlı sosial şəbəkələrdə qanunsuz çağırışlar etdiyinə görə bir qrup şəxs cəzalandırıldı  SİYAHI

Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, 10 nəfər barəsində 30 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bunlar Bakı sakini, 1981-ci il təvəllüdlü Qurbanov Rabil Səlvər oğlu, Xırdalan şəhər sakini, 1959-cu il təvəllüdlü Ferazi Yaşar İbrahim oğlu, Tovuz rayon Aşağı Ayıblı kəndi sakini Əliyev Elxan Rüstəm oğlu (05.10.1982), Salyan rayon sakini Mehdiyev Aqil Səlamət oğlu (06.10.1985), Bakı sakini Rəhimov Əli Şahbala oğlu (05.03.1992), Tərtər rayon sakini Camalov Rəşad Şamil oğlu (14.09.1990), Lənkəran rayonu Cəgiran kəndi sakini Şıxəliyev Elsevən Akif oğlu (05.07.1991), Sumqayıt şəhər sakini Quliyev İlqar Humay oğlu (27.06.1980), Cəlilabad şəhər sakini Sadıqov Əfqan Hətəmxan oğlu (06.12.1976), Sumqayıt şəhər sakini Əliyev Rüfət Yaqub oğludur (31.05.1986).

Bu cür çağırışlar edən Balakən şəhər sakini Şirinov İlknur Adil oğlu (18.07.1991) 25 gün, Bərdə rayonu Qəhrəmanlı kənd sakini Kərimov Sədi Hüseyn oğlu (17.02.1983) 20 gün, Xırdalan şəhər sakini Hüseynli Babək Hümbət oğlu (22.08.1992) 10 gün, Neftçala şəhər sakini Həşimov Afiq Mirzəxan oğlu (10.02.1981) 10 gün müddətinə azadlıqdan məhrum edilib.