ƏSA Teatrı “Parisi partlatdı” FOTO


Kriminal 09 İyl 2018 19:45:00 287 0

ƏSA Teatrı “Parisi partlatdı”  FOTO

İyulun 7-də inklüziv ƏSA Teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cümhuriyyətin yüz illiyinə həsr olunmuş, teatr sezonunun son premyerası olan "Paris partladı" tamaşasını təqdim edib.

Teatrın baş meneceri Nicat Qulamın sözlərinə görə, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah" pyesi əsasında quruluş verilən "Paris partladı" tamaşasının premyerası anşlaqla keçib və tamaşaçıların rəğbətini qazanıb. Tamaşaya maraq olduqca böyük idi və bunun bariz nümunəsi zalda boş yerlərin olmaması idi.  Tamaşanın fərqli formada təqdimatı isə xüsusilə mədəniyyət və incəsənət xadimlərinin diqqətini cəlb edib.

Tamaşadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib daha sonra ƏSA Teatrının təsisçisi və rəhbəri, rejissor Nihad Qulamzadə çıxış edərək tamaşaya qatılan hər bir kəsə dərin təşəkkürünü bildirdi: "Qızmar yay günlərində teatrımıza qarşı göstərdiyiniz diqqətə görə hər birinizə minnətdarıq! Ümidlərinizi doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Cümhuriyyət iliniz mübarək olsun!".