Gəncədə avtomobil oğrusu tutuldu


Kriminal 09 İyl 2018 19:40:00 283 0

Gəncədə avtomobil oğrusu tutuldu

İyulun 8-də Gəncə şəhərindən şəhər sakini Elnur Həsənova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

Son.az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Gəncə ŞBPİ və Nizami (Gəncə) RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elsevər Allahverdiyev Göygöl rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.