Neftçi kolumbiyalı futbolçunu yola saldı


İdman 09 İyl 2018 19:40:00 241 0

Neftçi kolumbiyalı futbolçunu yola saldı

“Neftçi” kolumbiyalı futbolçu Mayk Kampas ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Goal.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Mayk Kampas ötən mövsüm "Neftçi”nin heyətində 4 oyunda meydana çıxıb.