Dövlət Gömrük Komitəsinin sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru ilə görüşüb


Digərləri 09 İyl 2018 19:14:00 244 0

Dövlət Gömrük Komitəsinin sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru ilə görüşüb

Bakı. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumannın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, komitə sədri Səfər Mehdiyev Azərbaycanın müstəqilliyinin ilk illərində yaradılan və Ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq mühüm dövlət təsisatlarından biri kimi formalaşan gömrük orqanlarının Prezident İlham Əliyevin rəhbərliyi dövründə dinamik şəkildə inkişaf etdiyini, iqtisadi təhlükəsizliyin təmin olunması, fiskal siyasətin və xarici iqtisadi fəaliyyətin uğurla həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Xüsusilə, son illərdə dövlət başçısı tərəfindən gömrük sahəsində aparılan islahatlara toxunan Komitə sədri, qısa idxal bəyannamələrinin, risk analizlərinin və "yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsinə şərait yaratdığını qeyd edib. Hazırda Azərbaycan Gömrük Xidmətinin əsas hədəflərindən birinin Avropa məkanında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük olduğunu vurğulayan Səfər Mehdiyev, bu məqsədlə Avropa İttifaqı, Avropanın aparıcı dövlətləri ilə səmərəli təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb. DGK sədri bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini bildirib, sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni layihələrin tətbiq olunduğunu, bu məqsədlə Almaniyanın "Smiths Detection" şirkətindən yeni avadanlıqlar alınacağını söyləyib. Komitə sədri fiskal siyasətin uğurla həyata keçirilməsi, vergi uçotunun dəqiq aparılması, qida təhlükəsizliyinin və şəffaflığın təmin edilməsi məqsədilə əlaqədar dövlət qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu və birgə fəaliyyətin təşkil edildiyini də diqqətə çatdırıb.