Yohann ŞnayderAmman: Mən Azərbaycanda özümü evdəki kimi hiss edirəm FOTO


Digərləri 09 İyl 2018 18:58:00 368 0

Yohann ŞnayderAmman: Mən Azərbaycanda özümü evdəki kimi hiss edirəm  FOTO

Bu gün İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamentinin rəhbəri, federal müşavir Yohann Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye parkında tikintisi davam etdirilən SIKA (İsveçrə) şirkətinin tikinti qatışıqları üçün xammal və hazır məhsul istehsalı üzrə zavoduna səfər edib.

Son.az Trend-ə istinadən bildirir ki, nümayəndə heyəti işlərin gedişi ilə tanış olub.

Y.Şnayder-Amman özünü Azərbaycanda evdəki kimi hiss etdiyini deyib:

"Mən Azərbaycanda İsveçrə şirkətinin zavoduna gəlməkdən məmnunam. Digər İsveçrə şirkətləri kimi SIKA da öz sahəsində liderdir. SIKA Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir, amma istehsalat sahəsinin yaradılması çox vacib hadisədir. İsveçrəli investorlar üçün əlverişli mühit yaratdıqları üçün Azərbaycan rəhbərliyinə minnətdaram".