Arsenal-ın sabiq futbolçusu Londonun digər klubunda


İdman 09 İyl 2018 19:00:00 301 0

Arsenal-ın sabiq futbolçusu Londonun digər klubunda

West Ham United Arsenal-ın futbolçusu Cek Uilşirin transferini rəsmiləşdirib. Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Uilşir 2008-ci ildən Arsenal-da çıxış edirdi. Unay emerinin baş məşqçi təyin olunmasından sonra rəhbərlik onunla yeni müqavilə imzalamaq qərarına gəldi.

İngilis futbolçunu transfer etmək istəyən klublar arasında Fenerbahçe də vardı. Uilşir İstanbul klubundakı şəraiti bəyənsə də, ailəsini Türkiyəyə getməklə bağlı yola gətirə bilməmişdi.