Binəqədidə quldur dəstə tutulub


Digərləri 09 İyl 2018 18:56:57 347 0

Binəqədidə quldur dəstə tutulub

Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılıblar

Bakı. Binəqədi sakinini döyərək pulqabısını alanlar tutulub. DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə gələrək onu döyüb içərisində 382 manat və açar olan pulqabısını almaqda şübhəli bilinən tanışları – Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılıblar.