Bakının böyük rayonunda sabah qaz olmayacaq


Digərləri 09 İyl 2018 18:47:00 242 0

Bakının böyük rayonunda sabah qaz olmayacaq

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Son.az bildirir ki, Azəriqaz İB-dən Son.az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 400 və 325 mm-lik qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, 10 iyul 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayevo, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.