Gəncədə avtomobil oğrusu tutuldu


Digərləri 09 İyl 2018 18:45:04 200 0

Gəncədə avtomobil oğrusu tutuldu

Avtomobil qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini Elsevər Allahverdiyev avtomobillə birgə saxlanılıb

Bakı. İyulun 8-də Gəncə şəhərindən şəhər sakini Elnur Həsənova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Gəncə ŞBPİ və Nizami (Gəncə) RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elsevər Allahverdiyev Göygöl rayonu ərazisində avtomobillə birgə saxlanılıb.