Xorvatiya Futbol Federasiyası Vukoyeviçi bağışlamadı


İdman 09 İyl 2018 18:39:00 253 0

Xorvatiya Futbol Federasiyası Vukoyeviçi bağışlamadı

Xorvatiya Futbol İttifaqı növbəti əməkdaşını vəzifəsindən azad edib. Goal.az xəbər verir ki, bu, millinin skautu Oqnyen Vukoyeviç vəzifəsindən uzaqlaşdırılıb.

Buna səbəb onun müdafiəçi Domaqoy Vida ilə birlikdə dünya çempionatının 1/4 final mərhələsində Rusiya üzərində qələbədən sonra sosial şəbəkədə paylaşdığı videodur. Belə ki, cütlük çəkdikləri videoda “Yaşasın Ukrayna! Bu qələbə Ukrayna üçündür” - deyiblər. Hər iki şəxsin futbolçu karyerasında Kiyev Dinamo-su olub. 

Məhz bu hərəkət sabiq yarımmüdafiəçinin qovulması ilə nəticələnib. Vidanın yerinə isə futbol ittifaqı üzr istəyib. FİFA Vidaya xəbərdalıq etməklə kifayətlənib. Dünya çempionatının ilk matçından sonra hücumçu Nikola Kaliniç baş məşqçinin istəyinə qarşı çıxdığı üçün millidən qovulmuşdu.