Yohann Şnayder-Amman: Mən Azərbaycanda özümü evdəki kimi hiss edirəm


Digərləri 09 İyl 2018 18:39:10 274 0

Yohann Şnayder-Amman: Mən Azərbaycanda özümü evdəki kimi hiss edirəm

Bu gün İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamentinin rəhbəri, federal müşavir Yohann Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye parkında tikintisi davam etdirilən SIKA (İsveçrə) şirkətinin tikinti qatışıqları üçün xammal və hazır məhsul istehsalı üzrə zavoduna səfər edib

Sumqayıt. Ənvər Məmmədov, Zaur Mustafayev - Bu gün İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamentinin rəhbəri, federal müşavir Yohann Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye parkında tikintisi davam etdirilən SIKA (İsveçrə) şirkətinin tikinti qatışıqları üçün xammal və hazır məhsul istehsalı üzrə zavoduna səfər edib. Trend-in məlumatına görə, nümayəndə heyəti işlərin gedişi ilə tanış olub. Y.Şnayder-Amman özünü Azərbaycanda evdəki kimi hiss etdiyini deyib: “Mən Azərbaycanda İsveçrə şirkətinin zavoduna gəlməkdən məmnunam. Digər İsveçrə şirkətləri kimi SIKA da öz sahəsində liderdir. SIKA Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir, amma istehsalat sahəsinin yaradılması çox vacib hadisədir. İsveçrəli investorlar üçün əlverişli mühit yaratdıqları üçün Azərbaycan rəhbərliyinə minnətdaram”.