İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb


Digərləri 09 İyl 2018 18:20:00 246 0

İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb

İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb. 

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

O bildirib ki, bu həcmin 362 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.

SOCAR rəsmisi qeyd edib ki, indiyədək dünya bazarına nəql olunan neftin 262 mln. tonunu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-"Çıraq-"Günəşli" yataqlar blokundan çıxarılan və Azərbaycanın payına düşən mənfəət nefti təşkil edib.