Qəbələdə oğlandan İNANILMAZ HƏRƏKƏT: tanış qızları kişilərlə görüşdürdü və...


Digərləri 09 İyl 2018 18:02:00 265 0

Qəbələdə oğlandan İNANILMAZ HƏRƏKƏT: tanış qızları kişilərlə görüşdürdü və...

Qəbələ rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən İlham Abdurzakovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az xəbər verir ki, Qəbələ rayon Məhkəməsində hakim Fehruz Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını açıqlayıb.

İttihama görə, İlham Abdurzakov gəlir əldə etmək məqsədilə əxlaqsız yuvası təşkil edib. O, həmin əxlaqsızlıq yuvasında qadınları kişi müştərilərlə görüşdürərək, pul qazanıb.

Müəyyən olunub ki, İlham Abdurzakov cinayət işində adı keçən iki qadına kişi müştərilər təşkil edib.

Bunun müqabilində həmin müştərilərdən 50 manat alıb. Hər qadına müştərilərlə görüşməsi üçün 15 manat verib, qalan pulu isə özünə götürüb.