Ərdoğan and içdi


Dünya 09 İyl 2018 17:55:00 239 0

Ərdoğan and içdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində and içib.

Son.az Trend-ə istinadən xəbər verir ki, andiçmədən sonra R.T.Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.

Xatırladaq ki, iyulun 4-də Türkiyə Mərkəzi Seçki Komissiyası prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Yekun nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 52,59 faiz, Muharrem İncə 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlahəddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb.