Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub


Digərləri 09 İyl 2018 17:56:00 217 0

Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov ilə görüşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfiri təyinatı ilə əlaqədar təbrik edən nazir Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunub və bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.