Rusiyada cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq


Kriminal 09 İyl 2018 17:44:00 253 0

Rusiyada cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq

Rusiyanın Voloqodski vilayətində cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq.

Son.az report-a istinadən xəbər verir ki, müvafiq qərar Rusiyanın Baş Prokurorluğu tərəfindən çıxarılıb.

Yerli vilayət prokurorluğunun məlumatına görə, 2005-ci ildə həmin şəxs tapança ilə hədələyərək 2 nəfərin həyatına sui-qəsd edib. O, silahı qanunsuz olaraq əldə edib. Bir il sonra barəsində beynəlxalq axtarış elan olunub.