Facebookda bəzi profillər vasitəsilə terrorçuluğa çağırışlar edilməsi faktları üzrə cinayət işləri başlanıb


Sosial 09 İyl 2018 17:17:48 98 0

Facebookda bəzi profillər vasitəsilə terrorçuluğa çağırışlar edilməsi faktları üzrə cinayət işləri başlanıb

Cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

“Report”a daxil olan açıqlamada bildirilib ki, 2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

Belə ki, bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb.

Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Göstərilənlərlə yanaşı, “criminalaz.com” və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq 3-6 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlayıblar.

Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla “topxeber.az” və “fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilib.

Bununla əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, onlardan “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparmadan qanunazidd əməllərini davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq ediliblər.

“Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib.

Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə, o cümlədən sosial şəbəkə istifadəçilərinə (“facebook”, “twitter”, “instagram” və s.) “Kütləvi informasiya vasitələri” haqqında Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunmaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək.

Kamilə Babayeva qayınanasının FOTOsunu paylaşdı like
  • 09 İyl 17:16  
Şou-biznes Kamilə Babayeva qayınanasının FOTOsunu paylaşdı

Aparıcı Kamilə Babayeva qayınanası ilə fotosunu paylaşıb. 

arrow Ətraflı
"ATƏT PAda Kibertəhlükəsizlik Komitəsinin yaradılması vacibdir" like
  • 09 İyl 17:12  
Siyasət "ATƏT PAda Kibertəhlükəsizlik Komitəsinin yaradılması vacibdir"

ATƏT Parlament Assambleyasının Berlində keçirilən 27-ci yay sessiyası zam

arrow Ətraflı
Türkiyədə nazirliklərin birləşdirilməsinə başlandı like
  • 09 İyl 17:11  
Digərləri Türkiyədə nazirliklərin birləşdirilməsinə başlandı

Türkiyədə nazirliklərin birləşdirilməsinə başlandı.

arrow Ətraflı
İyulun 10-na manatın məzənnəsi like
  • 09 İyl 17:07  
Digərləri İyulun 10-na manatın məzənnəsi

İyulun 10-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Azərbaycan Rusiya və Çində şərab evləri açır like
  • 09 İyl 17:07  
Digərləri Azərbaycan Rusiya və Çində şərab evləri açır

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiy

arrow Ətraflı
Bakıda marşrutların birində avtobuslar yenilənib - Pulsuz “Wi-Fi” like
  • 09 İyl 17:01  
Digərləri Bakıda marşrutların birində avtobuslar yenilənib - Pulsuz “Wi-Fi”

“Xaliq Faiqoğlu” nəqliyyat şirkəti 85 nömrəli marşrut üzrə hərək

arrow Ətraflı
Hindistanda polis düşərgəsinə hücum like
  • 09 İyl 16:58  
Dünya Hindistanda polis düşərgəsinə hücum

Hindistanın Cammu-Kəşmir ştatında silahlı şəxslər polis düşərgəsin

arrow Ətraflı
Hər damlası "canlı" təbii… Məhdudiyyətsiz içə biləcəyiniz su! (VİDEO) like
  • 09 İyl 16:57  
Digərləri Hər damlası "canlı" təbii… Məhdudiyyətsiz içə biləcəyiniz su! (VİDEO)

Harada içdiyinizdən asılı olmayaraq, “canlı” təbii “Aquavita” suyu

arrow Ətraflı
Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı like
  • 09 İyl 16:55  
İdman Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı

Türkiyə Super Liqasında yeni mövsümün püşkü at

arrow Ətraflı
Buğa məşhur matadordan "qisas" aldı  VİDEO like
  • 09 İyl 16:54  
Digərləri Buğa məşhur matadordan "qisas" aldı VİDEO

İspaniyanın ən populyar matadorlarından olan Xose Palilya ağır yaralanıb.

arrow Ətraflı
Miss & Mister Grand Azerbaijan 2018 gözəllik müsabiqəsinin qalibləri bilindi like
  • 09 İyl 16:49  
Digərləri Miss & Mister Grand Azerbaijan 2018 gözəllik müsabiqəsinin qalibləri bilindi

Elektra Events Hall-da  Miss & Mister Grand Azerbaijan 2018 Gözəllik müsabi

arrow Ətraflı
“Binə” ticarət mərkəzindən oğurluq like
  • 09 İyl 16:45  
Kriminal “Binə” ticarət mərkəzindən oğurluq

İyulun 4-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən

arrow Ətraflı