Bakı-Sumqayıt yolunda təmir gecə saatlarında aparılacaq


Digərləri 09 İyl 2018 17:26:00 256 0

Bakı-Sumqayıt yolunda təmir gecə saatlarında aparılacaq

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.

Bakı. Samir Əli - Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda yolun “Xırdalan dairəsi”ndən Beynəlxalq Avtovağzal kompleksinin qarşısınadək olan hissəsində işlər davam etdirilir. Sözügedən istiqamətdə gündüz saatlarında hərəkət intensivliyi nəzərə alınaraq təmir-tikinti işləri gecə saatlarında aparılır. Bu məqsədlə gecədən səhər saatlarınadək işlərin aparıldığı ərazilər üzrə hərəkət qısa müddətlik hissə-hissə və qismən məhdudlaşdırılır.