"ATƏT PAda Kibertəhlükəsizlik Komitəsinin yaradılması vacibdir"


Siyasət 09 İyl 2018 17:12:00 274 0

"ATƏT PAda Kibertəhlükəsizlik Komitəsinin yaradılması vacibdir"

ATƏT Parlament Assambleyasının Berlində keçirilən 27-ci yay sessiyası zamanı "ATƏT öhdəliklərinin tətbiqi: Parlamentarilərin rolu" mövzusunda qətnamə layihəsi müzakirə olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə müzakirədə iştirak edən millət vəkili, Azərbaycan nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili məlumat verib.

Müzakirə zamanı çıxış edən T.Mirkişili dövlətlərin əsas diqqəti informasiya müharibəsinə, saxta xəbərlərə və qanunsuz olaraq istifadəçilər haqda kütləvi informasiyanın toplanmasına yönəltməsinin vacibliyini qeyd edb.

Deputat bu sahədə bütün ölkələrdə qanunvericiliyin zəif olmasını, texnologiyaların inkişaf sürətinin yüksəlməsini və ondan sui-istifadə hallarının da artmasını önə çəkərək ATƏT PA çərçivəsində ortaq əməkdaşlıq platformasının vacibliyini bildirib.

Tahir Mirkişili mövzunun həyati əhəmiyyət daşıdığını nəzərə alaraq ATƏT PA tərkibində kibertəhlükəsizlik üzrə ayrıca komitələrin yaradılmasının vacibliyini qeyd edərək bu ideyaya dəstək verəcəyini də bəyan edib.