Tıxacda gedən sürücü "radar"a düşdü:


Digərləri 09 İyl 2018 17:03:00 261 0

Tıxacda gedən sürücü "radar"a düşdü:

Bakıda qəribə hadisə yaşanıb.

Son.az azxeber.com-a müraciət edən Nazim Ələkbərov adlı sürücü bildirib ki, tıxacda getdiyi halda ona radar gəlib.

Sürücü iddia edir ki, Dövlət Yol Polisinin bu cəzası qanunsuzdur: "Bakı - Quba yolunun 7.4 kilometrliyində, 20 yanvar yaxınlığında tıxacda yol gedirdim. Mənim idarə etdiyim 90-CA-171 seriyalı Mercedes - 190 avtomobilinə DYP-dən cərimə gəlib. Onlar iddia edir ki, guya mən yol hərəkətinin və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişəm. Əslində isə mən o yolda istəsəm də, qaydanı poza bilməzdim. Çünki orada tıxac idi və manevr etmək mümkünsüz idi".

Nazim Ələkbərov deyib ki, pozmadığı qaydaya görə 40 AZN cərimələnib. 

Sürücü həmin görüntüləri də azxeber.com-a təqdim edib.

Görüntülərdən də məlum olur ki, Mercedes-190 qaydaları pozmur. Həmin qaydanı taksi sürücüsü pozur. 

Həmin videonu təqdim edirik:

Son.az  

Videonu izləmək üçün şəklə klikləyin: