Hər damlası "canlı" təbii… Məhdudiyyətsiz içə biləcəyiniz su! (VİDEO)


Digərləri 09 İyl 2018 16:57:39 300 0

Hər damlası "canlı" təbii… Məhdudiyyətsiz içə biləcəyiniz su! (VİDEO)

Harada içdiyinizdən asılı olmayaraq, “canlı” təbii “Aquavita” suyunun hər damlası, onun mənbəyi - Qafqaz dağların zirvələrinə bir səyahətə çevrilir.

Bakı. Suyun həyatımızda nə qədər əhəmiyyətli olması barədə düşünmüsünüzmu? İnsanın bədəninin təxminən 70% sudan ibarət olduğunu məktəb illərindən hər birimiz bilirik, amma bu barədə nə qədər ciddi düşünürük? Necə su içirik? Axı sudan suya fərq var. Krandan gələn su içmək üçün artıq qəbul olunmur. Lakin qablaşdırılmış suların hamısı da faydalı deyil - mineral maddələrin tərkibi və həcmi fərqlidir. İnsana xeyir gətirən sağlam suyu içmək vacibdir. Suyun keyfiyyəti onun mənbəyinin kimyəvi tərkibindən və yerləşməsindən asılıdır. İnsan orqanizminə xeyir verən yalnız mineral sulardır. Minerallaşma dərəcəsindən asılı olaraq, onlar süfrə (1 q/l), müalicəvi-süfrə (1-dən 10-dək q/l) və müalicəvi (10 g/l daha çox və ya tərkibində yüksək sayda aktiv elementlər) sulara bölünür. Süfrə mineral suları gündəlik olaraq məhdudiyyətsiz və həkim tövsiyəsi olmadan içilə bilər. Beynəlxalq standartlara əsasən təbii mineral sular təbii qaynaqdan hasil olunur, yalnız rəsmi qeydiyyata alınmış qaynaqdan gəlir, yalnız rəsmi qəbul olunmuş üsulla çıxarılır və təbii tərkibi və saflığı dəyişilməz saxlanılır. Beynəlxalq qaydalar suyun orijinal təbii xüsusiyyətlərini dəyişə biləcək hər hansı metoddan istifadəni qadağan edir. “TAC” şirkəti əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Azərbaycanda yaradılan ilk şirkətdir. Uzun illər ərzində şirkətinin əməl etdiyi "Suyun keyfiyyəti - həyatın keyfiyyəti!" əsas şüarı daxili bazarda əldə etdiyi uğur və etibarlılığının nəticəsidir. Beynəlxalq ISO 9001:2008, ISO 22000:2005 və HACCP sertifikatıkatları TAC şirkətinin məhsullarının yüksək keyfiyyəti ilə yanaşı, həm də təhlükəsizliyinin sübutudur.