Miss & Mister Grand Azerbaijan 2018 gözəllik müsabiqəsinin qalibləri bilindi


Digərləri 09 İyl 2018 16:49:00 637 0

Miss & Mister Grand Azerbaijan 2018 gözəllik müsabiqəsinin qalibləri bilindi

Elektra Events Hall-da  Miss & Mister Grand Azerbaijan 2018 Gözəllik müsabiqəsinin möhtəşəm Final mərhələsi baş tutmuşdur. 

10 xanım və 10 bəy finalçı 7 əsas nominasiyanın qazanılması uğrunda gərgin mübarizə aparıb. Üç əsas çıxış mərhələsi üzrə münsiflər heyətindən, müsabiqənin idarə heyətindən və əldə olunmuş biletlərdən topladıqları ballar əsasında qaliblərin adları müəyyən olunub.

Müsabiqə finalçıları tamaşaçılara bir neçə parlaq dəfilə təqdim ediblər. Onlar eksklüziv dizayner geyimləri ilə podiuma çıxıblar.

Yekunda finalçı xanımlar ziyafət geyimlərində, bəylər isə ciddi kostyumlarda podiumda peyda olublar.

Təşkilatçılar müsabiqəni finalçıların moda nümayişi ilə məhdudlaşdırmayıblar. Onlar kiçik viktorinalar da təşkil ediblər ki, finalçılar təsadüfi suallara cavab verərək öz bacarıqlarını nümayiş etdirsinlər.

Münsiflərin toplantısından və səslərin sayılmasından sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.