Eritreya ilə Efiopiya müharibəyə son qoymaq qərarına gəlib


Dünya 09 İyl 2018 15:52:00 328 0

Eritreya ilə Efiopiya müharibəyə son qoymaq qərarına gəlib

Efiopiya ilə Eritreya müharibəyə son qoyulmasına dair razılığa gəlib.

Son.az APA-a istinadən xəbər verir ki, bu barədə Eritreya informasiya naziri Yemane Gebremeskel şəxsi "Twitter" səhifəsində yazıb.

"Müharibə şəraiti bitdi. Tərəflər arasında "Sülh və Dostluq" Bəyannaməsi imzalandı. Yeni bir sülh və dostluq dövrü başladı", - deyə nazir qeyd edib.