Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin konfransı keçiriləcək


Kriminal 09 İyl 2018 15:45:00 310 0

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin konfransı keçiriləcək

15-20 iyul 2018-ci il tarixində Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education - ISME) 33-cü Ümumdünya Konfransı keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

Musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssisin iştirak edəcəyi konfrans Heydər Əliyev Sarayında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında təşkil ediləcək.