Azər Türk Bankdan ad günü münasibətilə möhtəşəm kampaniya


Digərləri 09 İyl 2018 15:40:00 307 0

Azər Türk Bankdan ad günü münasibətilə möhtəşəm kampaniya

2018-ci il iyul ayının 11-də dövlət bankı Azər Türk Bank-ın fəaliyyətinin 23 ili tamam olur.

Bakı. 2018-ci il iyul ayının 11-də dövlət bankı Azər Türk Bank-ın fəaliyyətinin 23 ili tamam olur. Bununla əlaqədar olaraq, Bank “Bizimlə yüksəl” adlı yeni kampaniyaya start verir. 9-31 iyul tarixləri arası 23 gün davam edəcək kampaniya çərçivəsində Bankın mövcud və potensial müştəriləri xüsusi güzəştlərlə pərakəndə bank məhsulları əldə edə biləcəklər. Belə ki, kampaniya müddəti ərzində milli valyutada cəlb edilən bütün növ əmanətlərin faizləri 1,1% artırılır. Kampaniya zamanı müraciət edən müştərinin ad günü iyul ayına təsadüf edərsə, həmin şəxsin milli valyutada qoyduğu bütün növ əmanətlər üzrə faiz dərəcələri 1,5% artırılacaqdır. Bundan əlavə, istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı ad günü iyul ayında olan müştərilərdən komissiya (1%) tutulmayacaq.