Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub


Digərləri 09 İyl 2018 15:39:13 284 0

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 8-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib. DİM-dən Trend-ə verilən məlumata görə, nəticələr 9 iyul saat 15:21-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirakı gözlənilən 609 namizəddən 4 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edən 605 namizəddən 529 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90‑dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.