Azərbaycanda sahibkarlara ödənilən ixrac təşviqinin yarısı üzüm şərabı və digər spirtli içkilərin payına düşür


İqtisadiyyat 09 İyl 2018 15:28:21 86 0

Azərbaycanda sahibkarlara ödənilən ixrac təşviqinin yarısı üzüm şərabı və digər spirtli içkilərin payına düşür

​Şərab istehsalçıları ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbirdə nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

İstehsalın və ixracın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan Ş.Mustafayev Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasının sahibkarlığın inkişafı, eləcə də şərab istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Qeyri-neft məhsulları ixracının artırılması istiqamətində özəl bölməyə hərtərəfli dövlət dəstəyi göstərildiyini vurğulayan iqtisadiyyat naziri bu sahədə ixracın təşviqi mexanizminin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ixrac təşviqinin 45%-ə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür.

Qeyd edilib ki, qeyri-neft ixracının genişləndirilməsi məqsədilə həyata keçirilən ixrac missiyalarında və sərgilərdə Azərbaycan istehsalı olan şərablara böyük maraq göstərilir. İndiyədək Azərbaycan məhsulu olan şərablar 7 ixrac missiyasında və beynəlxalq sərgilərdə 7 vahid ölkə stendində təmsil olunub. Azərbaycanın Belarus, Ukrayna və Latviyada yaradılmış ticarət evlərində yerli şərab məhsullarımız nümayiş olunur. Şərabçılığın inkişafı və təşviqi məqsədi ilə Çinin Şanxay şəhərində, daha sonra isə Pekin və digər şəhərlərdə, eləcə də Rusiyada Şərab Evlərinin açılması planlaşdırılır.

Tədbirdə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri şərab istehsalçılarına dəstək mexanizmlərinin və “Made in Azərbaycan” brendinin təşviqi tədbirlərinin sahibkarlara böyük stimul yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri bir çox biznes-forumlarda və digər tədbirlərdə iştirak edir, məhsullarını təşviq etmək imkanı qazanır və uğurlu nəticələr əldə edirlər.

Görüşdə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr və onların icrası, şərab məhsullarının istehsalı və ixracının artırılması imkanları müzakirə olunub, sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Azərbaycan Rusiya və Çində şərab evləri açır like
  • 09 İyl 15:24  
Digərləri Azərbaycan Rusiya və Çində şərab evləri açır

Şərab istehsalçıları ilə müzakirələr aparılıb

arrow Ətraflı
Bakıda dəmir yolunda qətl törədən şəxsə 10 il cəza verildi like
  • 09 İyl 15:23  
Digərləri Bakıda dəmir yolunda qətl törədən şəxsə 10 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə tə

arrow Ətraflı
Moody's Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv” səviyyəsinədək yüksəldib like
  • 09 İyl 15:18  
Digərləri Moody's Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv” səviyyəsinədək yüksəldib

Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankın

arrow Ətraflı
Naxçıvandakı unikal abidələrdə tədqiqatlar davam etdirilir like
  • 09 İyl 15:18  
Kriminal Naxçıvandakı unikal abidələrdə tədqiqatlar davam etdirilir

Naxçıvanda şəhər mədəniyyətinin formalaşması ilə bağlı problemləri

arrow Ətraflı
Hindistanda polis düşərgəsinə hücum like
  • 09 İyl 15:14  
Digərləri Hindistanda polis düşərgəsinə hücum

Hindistanın Cammu-Kəşmir ştatında silahlı şəxslər polis düşərgəsin

arrow Ətraflı
İtaliyada Avropanın ən yaşlı qadını dünyasını dəyişib like
  • 09 İyl 15:14  
Dünya İtaliyada Avropanın ən yaşlı qadını dünyasını dəyişib

İtaliyanın Montenulupo-Fyorentino kommunasında Avropanın ən yaşlı qadın

arrow Ətraflı
İngiltərə Futbol Federasiyası AFFA-dan dstək gözləyir like
  • 09 İyl 15:11  
İdman İngiltərə Futbol Federasiyası AFFA-dan dstək gözləyir

İngiltərə 2030-cu ildə keçiriləcək dünya çempionatını

arrow Ətraflı
Prezident İlham Əliyev: Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz like
  • 09 İyl 15:10  
Digərləri Prezident İlham Əliyev: Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 65-ci kitabı

arrow Ətraflı
Mixael Şumaxerin qızı çempion oldu  FOTO like
  • 09 İyl 15:09  
Digərləri Mixael Şumaxerin qızı çempion oldu FOTO

Beynəlxalq "Formula-1" avtoçempionatının sabiq pilotu, əfsanəvi

arrow Ətraflı
Azərbaycanda bağlanan 6 bankın əmlakı satışa çıxarılır like
  • 09 İyl 15:05  
Digərləri Azərbaycanda bağlanan 6 bankın əmlakı satışa çıxarılır

Azərbaycanda bağlanan 6 bankın əmlakı satışa çıxarılır.

arrow Ətraflı
“Binə” ticarət mərkəzindən oğurluq - Külli miqdarda like
  • 09 İyl 15:03  
Digərləri “Binə” ticarət mərkəzindən oğurluq - Külli miqdarda

974 manat və 7100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər

arrow Ətraflı
"Recep İvedik 6" çəkilir  FOTO like
  • 09 İyl 15:00  
Digərləri "Recep İvedik 6" çəkilir FOTO

"Recep İvedik" filminin 6-cı hissəsi çəkilir

arrow Ətraflı
Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yolun inşası yekunlaşır like
  • 09 İyl 14:59  
Digərləri Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yolun inşası yekunlaşır

Yevlaxda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu ü

arrow Ətraflı
Stilist səhnədə söyüş söydü, like
  • 09 İyl 14:55  
Digərləri Stilist səhnədə söyüş söydü,

Kemal Doğulu ötən gün Edirne ərazisində keçirilən tədbirlərdən birind

arrow Ətraflı