Səyyar ASAN xidmət davam edir


Digərləri 09 İyl 2018 15:16:00 294 0

Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət davam edir.

Bakı. Səyyar ASAN xidmət davam edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, səyyar ASAN xidmət 27 iyun – 26 iyul Kürdəmir və Lənkəran şəhərində, 2 – 31 iyul Şəki və Qusar şəhərində, 4 – 18 iyul Pirallahı rayonunda, 6 – 30 iyul Şamaxı şəhərində, 7 – 31 iyul Gədəbəy və Yevlax şəhərində, 9 – 28 iyul Novxanı qəsəbəsində, 11 – 30 iyul Yardımlı şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir: Notariat fəaliyyəti; Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;