Moody's Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv” səviyyəsinədək yüksəldib


Digərləri 09 İyl 2018 15:18:00 212 0

Moody's Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv” səviyyəsinədək yüksəldib

Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyərək reytinq üzrə proqnozu “Neqativ”dən “Pozitiv”ə yüksəldib.

Bakı. Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyərək reytinq üzrə proqnozu “Neqativ”dən “Pozitiv”ə yüksəldib. Agentliyin təhlilçiləri Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) caa1, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B2(cr)/Not Prime səviyyəsində təsdiq ediblər. Moody’s ekspertləri reytinq üzrə proqnozun “Neqativ”-dən “Pozitiv“ səviyyəsinə yüksəlməsini Xalq Bankın aktivlərinin keyfiyyətinin yüksəlməsi, rentabelliliyinin artması, kapitalının dayanıqlılığı və sabit likvidlik kimi amillərlə əsaslandırırlar.