Azərbaycanda bağlanan 6 bankın əmlakı satışa çıxarılır


Digərləri 09 İyl 2018 15:05:00 268 0

Azərbaycanda bağlanan 6 bankın əmlakı satışa çıxarılır

Azərbaycanda bağlanan 6 bankın əmlakı satışa çıxarılır.

Son.az xəbər verir ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) Trend-ə verilən məlumata görə, fond Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan "Bank Standard", "Texnikabank", "Zaminbank", "Dekabank", "Bank of Azərbaycan" və "Qafqaz Inkişaf Bankı"nın balansındakı daşınar və daşınmaz əmlakları 45 lot üzrə satışa çıxarır.

7 lot üzrə əmlak birinci dəfə, 17 lot - ikinci dəfə, 10 lot - üçünçü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.