Mixael Şumaxerin qızı çempion oldu FOTO


Digərləri 09 İyl 2018 15:09:00 276 0

Mixael Şumaxerin qızı çempion oldu  FOTO

Beynəlxalq "Formula-1" avtoçempionatının sabiq pilotu, əfsanəvi "Qırmızı baron" Mixael Şumaxerin qızı Cina Şumaxer "SVAG CS Classic Tht Zkh" atçılıq yarışında qalib gəlib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 21 yaşlı Cina "kovboy" stilli çaparlıqda bütün rəqiblərini arxada qoyub və 22 min dollarlıq baş mükafata yiyələnib.

Cinanın anası, 49 yaşlı Korinna və 19 yaşlı qardaşı Mixael tribunalarda idilər.

Cina və onun "Gotta Nifty Gun" adlı atı NRHA versiyası üzrə ən yüksək balları toplayıblar.