Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yolun inşası yekunlaşır


Digərləri 09 İyl 2018 14:59:31 200 0

Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yolun inşası yekunlaşır

Yevlaxda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.

Bakı. Yevlaxda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolunda işlər yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Yevlax rayonunun Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmiş, çiyinlər sıradan çıxıb. 9.7 km uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaratmışdı. Bu məqsədlə əraziyə xüsusi qrunt gətirilərək yol genişləndirilib. Bu işlər yolun 10 min kv.m-dən çox hissəsində aparılıb. Bundan başqa 5 min kub.m-dən çox həcmdə yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri də görülüb. Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt layının tikintisi işləri də aparılıb. Hazırda optimal-qırmadaş qarışığından istifadə edilərək lazımi qalınlıqda əsasın üst layı inşa edilir. Ümumilikdə sözügedən torpaq işləri 100 min kv.m-dən çox ərazini əhatə edib. 40 min kv.m-ə yaxın sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi də nəzərdə tutulub.