Fenerbahçe Volkanla müqaviləni uzatdı


İdman 09 İyl 2018 14:50:00 290 0

Fenerbahçe Volkanla müqaviləni uzatdı

Fenerbahçe qapıçı Volkan Dəmirəllə müqavilənin müddətini uzadıb. 

Goal.az klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper İstanbul təmsilçisi ilə yeni müqavilə imzalayıb. Sözləşmənin detalları hələlik bəlli deyil. 

Qeyd edək ki, V.Dəmirəl 2002-ci ildən Fenerbahçe-da çıxış edir. O, komanda ilə birgə 5 dəfə Türkiyə çempionu olub.