Qubada kanatın qırılması nəticəsində xəsarət alanlardan biri evə buraxılıb


Digərləri 09 İyl 2018 14:38:00 300 0

Qubada kanatın qırılması nəticəsində xəsarət alanlardan biri evə buraxılıb

Quba rayonunda hotellərin birində kanatın qırılması nəticəsində xəsarət alanlardan biri evə buraxılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov məlumat verib.

Qubada hoteldə faciə: kanat qırıldı - ölən və xəsarət alanlar var

Onun sözlərinə görə, hadisə nəticəsində xəstəxanaya 2 nəfər gətirilib: "1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Əliməmmədov Rahid Mehman oğlu döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir".

Xatırladaq ki, bu gün Qubada hotellərdən birinin ərazisində kanat qırılıb. Hadisə nəticəsində hotelin əməkdaşı, rayonun Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.