Göygöldə qəzada xəsarət alan 4 nəfərdən biri ölüb


Digərləri 09 İyl 2018 14:06:42 208 0

Göygöldə qəzada xəsarət alan 4 nəfərdən biri ölüb

Göygöl rayonunun Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Göygöl rayonunun Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 8-də saat 18 radələrində Göygöl rayonunun Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ceyhun Əliyevin idarə etdiyi “VAZ-21015” və Gəncə şəhər sakini Rövşən Verdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə C.Əliyevin 2 sərnişini, habelə R.Verdiyev və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. V.Verdiyeva orada ölüb.