“ClimateLaunchpad” beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək (FOTO)


Digərləri 09 İyl 2018 13:53:00 249 0

“ClimateLaunchpad” beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək (FOTO)

“Social Innovation Lab” (“Sil.”) innovasiya mərkəzinin əsas təşkilatçılığı və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) proqramı olan “ClimateLaunchpad”-ın final mərhələsi keçirilib.

Bakı. “Social Innovation Lab” (“Sil.”) innovasiya mərkəzinin əsas təşkilatçılığı və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) proqramı olan “ClimateLaunchpad”-ın final mərhələsi keçirilib. MMC-dən Trend-ə verilən məlumata görə, burada 3 ölkə, 2 akademiya, 9 universitet, 3 məktəb və 4 şəhəri təmsil edən 15 startap komandası mübarizə aparıb. Qalib olan 3 komanda 1-2 Noyabr 2018-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək. Eyni zamanda bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap İsveçrədə 18 aylıq akselerator (95,000 avro investisiya ilə) proqramı və pul mükafatları uğrunda yarışacaqlar. Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95,000 avro maliyyə dəstəyi verilir. Bundan əlavə isə, “Grand Finale”-da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar: – Birinci yer: 10 000 avro, – İkinci yer: 5 000 avro, – Üçüncü yer: 2 500 avro. – Hər biri 5 000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: 25,000 avro)