Gənc güləşçilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar


Digərləri 09 İyl 2018 13:58:41 241 0

Gənc güləşçilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar

Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar" adlı beynəlxalq turnir keçirilib.

Bakı. Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar" adlı beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 21-ci dəfə baş tutan turnirdə iştirak edən Azərbaycan güləşçiləri ümumilikdə 11 medal qazanıblar. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləşçilər 2 gümüş və 5 bürünc medala sahib olublar.