44 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı (FOTO)


Digərləri 09 İyl 2018 13:37:00 281 0

44 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac avqust ayının 7-də baş tutacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac avqust ayının 7-də baş tutacaq. Komitədən Trend-ə verilən məlumata görə, avqustun ilk hərracına 44 dövlət əmlakı çıxarılıb. Budəfəki hərracda investorlar 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək. Təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aid səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Zaqatala və digər rayonlarda yerləşir.