Deputat: "Ali təhsil vacib şərt deyil"


Digərləri 09 İyl 2018 13:15:00 287 0

Deputat: "Ali təhsil vacib şərt deyil"

"Biz hələ də keçmiş stereotiplərdən uzaqlaşmamışıq. Böyük əksəriyyət hələ də belə düşünür və fikirləşir ki, ali təhsilin, diplomun yoxdursa, sən heç nəsən, cəmiyyətdə sənin yerin, hörmətin, nüfuzun olmayacaq. Nə olursa, nə yolla olursa, olsun, mütləq ali təhsil almalısan, diplom qazanmalısan. Bu, çox yanlış və zərərli düşüncədir. Bir çox problemlərimizin, xüsusilə də, mənəvi problemlərimizin kökündə çox zaman elə bunlar dayanır".

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili, şair Tahir Rzayev deyib.

O qeyd edib ki, artıq keçmişin stereotiplərindən, yanlış, zərərli düşüncə tərzindən uzaqlaşmaq və qurtulmaq gərəkdir.

Millət vəkilinin dediyinə görə, necə ki, bundan əl çəkməyəcəyik, inadkarlıq göstərəcəyik, problemlərimiz də yerində qalacaq, hətta, üzərinə daha yeniləri qalaqlanacaq.

T. Rzayev deyib ki, cəmiyyətdə layiqli yer, nüfuz, hörmət qazanmaq üçün ali təhsil, diplom vacib şərt deyil. Elə bir gözəl peşə, sənət sahibi olarsan ki, bir çox diplomlulardan daha çox nüfuzlu və daha çox hörmət sahibinə çevrilərsən:

"Mən bir dəfə də qeyd etmişdim ki, valideynlər uşaqlara "Sən oxumasan, vəziyyətin pis olacaq", "Hüquq fakültəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan" deməklə düzgün etmirlər.

Onlar bu yanlış düşüncə ilə uşaqları yükləyirlər.

Əslində intiharların bir səbəbi səbəbi budur. Son illər dəfələrlə şahidi olmuşuq ki, imtahandan yaxşı nəticə əldə edə bilməyənlər, çıxış yolunu intiharda görüblər...Bu, çox acı və dəhşətli bir mənzərədir.