Azərbaycan İsveçrəyə fındıq ixracını xeyli artıra bilər


Digərləri 09 İyl 2018 13:13:47 314 0

Azərbaycan İsveçrəyə fındıq ixracını xeyli artıra bilər

Azərbaycan İsveçrəyə fındıq ixracını xeyli artıra bilər.

Bakı. Ənvər Məmmədov - Azərbaycan İsveçrəyə fındıq ixracını xeyli artıra bilər. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, hazırda Azərbaycan öz potensialını bu istiqamətdə tam reallaşdırmır: "Azərbaycanın hər il 125 milyon dollar dəyərində fındıq ixrac etmək imkanı var. Lakin biz hələ öz potensialımızı tam reallaşdırmırıq. Bunun üçün İsveçrə yaxşı bazardır".