Naxçıvandakı unikal abidələrdə tədqiqatlar davam etdirilir (FOTO)


Digərləri 09 İyl 2018 12:59:19 262 0

Naxçıvandakı unikal abidələrdə tədqiqatlar davam etdirilir (FOTO)

Naxçıvandakı unikal abidələrdə tədqiqatlar davam etdirilir.

Bakı. Naxçıvanda şəhər mədəniyyətinin formalaşması ilə bağlı problemləri aydınlaşdırmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Duzdağda və Naxçıvan təpədə arxeoloji tədqiqatları davam etdirir. Trend AMEA-ya istinadən məlumat verir ki, tədqiqatlar nəticəsində Duzdağ mədənlərinin dünyanın ən qədim duz mədənləri olduğu aydınlaşdırılıb. Hazırda Duzdağda duzun çıxarılması ilə bağlı infrastukturlar, duzun mübadiləsi və Yaxın Şərq və Cənubi Qafqazda Naxçıvan duzunun əhəmiyyəti ilə bağlı məsələlər araşdırılmaqdadır. V.Baxşəliyevin bildirdiyinə görə, araşdırmalar zamanı, həmçinin Еnеоlit və Еrkən Tunc, Dəmir dövrünə və Orta əsrlərə аid kеrаmikа məmulаtı, dаş çəkiclər tаpılıb. Müəyyənləşdirilib ki, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları, o cümlədən duz əsas yer tutub. Eneolit dövründən başlayaraq duz, həmçinin mübаdilə vаsitəsi оlub, ticаrət məqsədilə Şərq ölkələrinə аpаrılıb.