Fuad Muradov 4 ölkədə yaşayan azərbaycanlılarla görüşəcək


Digərləri 09 İyl 2018 13:05:00 302 0

Fuad Muradov 4 ölkədə yaşayan azərbaycanlılarla görüşəcək

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayır

Bakı. İyulun 10-da Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Fuad Muradov Avropa ölkələrinə ilk rəsmi səfərə yola düşür. Komitədən Trend-ə verilən məlumata görə, F.Muradov 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatları ilə görüşəcək. Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin