Qadın idman gimnastımız Dünya Kubokunda bürünc medal qazanıb
Digərləri 09 İyl 2018 12:58:09 266 0
Türkiyənin Mersin şəhərində "Challenge" seriyasına aid Dünya Kuboku keçirilib.
Son.az xəbər veirr ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə qadın idman gimnastımız Yulia İnşınanın gimnastika tirindəki çıxışı ona bürünc medal qazandırıb (12.100 xal).
Dayaqlı tullanma və sərbəst hərəkətlərdə də finala düşən gimnastımız hər iki çıxışına görə 4-cü olub.
Mənbə: milli.az