Bakıda sürücünün vəhşiliyi anbaan kamerada O kadrlara görə


Digərləri 09 İyl 2018 12:31:00 273 0

Bakıda sürücünün vəhşiliyi anbaan kamerada  O kadrlara görə

Prodüser Tolik aparıcısı olduğu verilişdə paytaxtın mərkəzi küçələrindən birində çəkilmiş tükürpədici videonu tamaşaçılara təqdim edib.

Son.az xəbər verir ki, bu kadrlarda "Qazel" sürücüsü bir inəyi idarə etdiyi nəqliyyat vasitəsinin arxasına bağlayaraq sürüyür.

Prodüser bu dəhşətli kadrlara görə "Qazel" sürücüsünün cəzalandırılmasını tələb edib. Bunun üçün efirə  Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bağlanıb. Polis palkovniki sözügedən olayla bağlı lazımi tədbir görəcəklərini bildirib.

Bu da həmin kadrlar: