XİNin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib FOTO


Digərləri 09 İyl 2018 12:23:00 266 0

XİNin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib  FOTO

Xarici İşlər Nazirliyinin (XİN) kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün Azərbaycanın diplomatik xidmətinin yaradılmasından 99 il keçir. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi Katibliyinin yaradılmasına dair qərarın qəbul edilməsi dövlətimizin peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verən ulu öndər Heydər Əliyev diplomatiyamızın sağlam əsaslara söykənməsinə daim diqqət və qayğı göstərib.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilib. Bu, dövlətimizin başçısının Azərbaycan diplomatiyasına və diplomatlarına diqqət və qayğısının bariz nümunəsidir.

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi iyulun 9-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.


Xəbərə aid fotolar