Yaponiyanın Baş naziri səfərlərini NİYƏ təxirə saldı?


Digərləri 09 İyl 2018 12:22:00 247 0

Yaponiyanın Baş naziri səfərlərini NİYƏ təxirə saldı?

Yaponiyada baş vermiş daşqınlarla əlaqədar olaraq Baş nazir Sindzo Abe xarici səfərlərini təxirə salmalı olub

Bakı. Yaponiyada baş vermiş daşqınlarla əlaqədar olaraq Baş nazir Sindzo Abe xarici səfərlərini təxirə salmalı olub. Trend-in məlumatına görə, S.Abe Avropaya və Yaxın Şərqə səfər etməyi planlaşdırırmış. Onun Brüsseldə Yaponiya və Avropa İttifaqı arasında azad ticarət haqqında saziş imzalayacağı gözlənilirdi.