Quba və Xudatda “Topaz"ın xəzinəsi yarıldı


Digərləri 09 İyl 2018 12:29:00 324 0

Quba və Xudatda “Topaz"ın xəzinəsi yarıldı

Xudat şəhəri ərazisində yerləşən “Topaz” məntəqəsinin xəzinəsindən gizli yolla 160 manat pul ogurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov saxlanılıb.

Bakı. İyulun 8-də DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Yalama Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində üç gün əvvəl Xudat şəhəri ərazisində yerləşən “Topaz” məntəqəsinin xəzinəsindən gizli yolla 160 manat pul ogurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun Quba ərazisində yerləşən başqa bir “Topaz” məntəqəsindən 180 manat və Xudat şəhər ərazisində yerləşən kafelərin birindən 25 manat oğurlaması da müəyyən edilib.