"Bəzi məktəblərdə şagird sıxlığı ola bilər" Nazir müavini


Digərləri 09 İyl 2018 12:11:00 349 0

"Bəzi məktəblərdə şagird sıxlığı ola bilər"  Nazir müavini

"Təhsil haqqında" qanuna əsasən, təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqların 1-ci sinfə qəbul oluna bilməsi müəyyən ərazilərdəki məktəblərdə az sayda şagird sıxlığı ilə nəticələnə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İIdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, bu gün ölkə üzrə məktəblərdə şagird sıxlığa yalnız müəyyən məktəblərdə rast gəlinir. Bu hal xüsusilə Bakı məktəblərində müşahidə edilir:

"Paytaxtın 32 məktəbində şagird sıxlığının olduğunu hər zaman demişik. "Təhsil haqqında" qanunda edilən dəyişikliyə əsasən, təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqlar 1-ci sinfə qəbul oluna bilərlər. Biz həmin uşaqları məktəbə qəbul etməliyik. Təbii ki, bu, müəyyən ərazilərdə az sayda şagird sıxlığı ilə nəticələnə bilər".